Bulud infrastrukturlarının genişlənməsi ilə təhlükəsizlik riskləri də paralel şəkildə artır. Microsoft bu çağırışlara cavab olaraq Azure Security Center və Microsoft Defender for Cloud xidmətlərini birləşdirərək təşkilatlara proaktiv, çevik və genişmiqyaslı təhlükəsizlik idarəetməsi təqdim edir.
Microsoft Defender for Cloud nədir?
Microsoft Defender for Cloud, Azure, hybrid və multi-cloud mühitlərdə resursların təhlükəsizlik vəziyyətini qiymətləndirən, zəiflikləri təhlil edən və təkliflər verən təhlükəsizlik idarəetmə platformasıdır.
Əsas funksiyalar:
- Security Posture Management (CSPM) – Mühitin ümumi təhlükəsizlik səviyyəsinin dəyərləndirilməsi
- Cloud Workload Protection Platform (CWPP) – VM-lər, konteynerlər, tətbiqlər üçün təhdid aşkarlanması
- Policy & Compliance – ISO, NIST, CIS kimi uyğunluq standartlarına nəzarət
- Multi-cloud dəstəyi – AWS və GCP resurslarının təhlükəsizliyini izləmək imkanı
Təhlükəsizlik İzləməsi və Zəifliklərin Analizi
Defender for Cloud:
- VM-lər, konteynerlər, SQL DB-lər və storage resurslarında zəiflikləri avtomatik aşkar edir
- CVE məlumat bazasına əsaslanan real-time təhlükə analizləri təqdim edir
- Network hardening və Just-in-time VM access ilə hücum səthini azaldır
- Security recommendations ilə təkliflər verir (Azure Advisor ilə inteqrasiya)
SIEM və XDR ilə İntegrasiya
Microsoft Defender for Cloud, SIEM (Security Information and Event Management) və XDR (Extended Detection and Response) ekosistemləri ilə sıx inteqrasiya olunur:
Microsoft Sentinel inteqrasiyası:
- Təhlükəsizlik hadisələrinin mərkəzləşdirilmiş toplanması və təhlili
- Kusto Query Language (KQL) ilə xüsusi sorğular
- Təhdidlərə qarşı automatlaşdırılmış cavablar (playbooks)
XDR təbəqəsi ilə müdafiə:
- Defender for Endpoint, Defender for Identity və Defender for Office 365 ilə əlaqə
- Təhdidlərin lateral hərəkətini aşkarlamaq və bloklamaq
- Unified alerting and correlation across endpoints, identities and workloads
Uyğunluq və Audit üçün Nəzarət
Defender for Cloud aşağıdakı uyğunluq çərçivələrinə dəstək verir:
- ISO/IEC 27001, 27018
- SOC 1, 2, 3
- GDPR, HIPAA, PCI DSS
- Azure Policy ilə compliance və non-compliance resursların siyahısı
